Moskvada məhdudiyyətlər iyunun 14-dək uzadılıb

Dünya

28.05.2020 - 04:13

İyunun 1-dən Moskvada avtosalonlar, qeyri-ərzaq mağazaları və idman zalları fəaliyyətə başlayacaq

 

Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən bəzi məhdudiyyətlər iyunun 14-dək uzadılıb.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin fərman verib. Belə ki, özünütəcrid rejimi, buraxılış məntəqələrində nəzarətin gücləndirilməsi və digər tədbirlər uzadılıb.

 

İyunun 1-dən isə Moskvada avtosalonlar, qeyri-ərzaq mağazaları və idman zalları fəaliyyətə başlayacaq.

 

Qeyd edək ki, Moskvada 171 min nəfər koronavirusa yoluxub, 67 min nəfər sağalıb, 2183 nəfər isə virusdan dünyasını dəyişib.

Müəllif: Ayna.az