Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib

Xəbərlər

19.06.2026 - 13:41

Bakıda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

AYNA.AZ xəbər verir ki, 3, 5, 33 nömrəli şəhər poliklinikalarının, 3 nömrəli Vərəm Əleyhinə Dispanserin və “Diamed Hospitalın” yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhəsi quraşdırılıb.

Fuad İbrahimbəyov və Cəfər Cabbarlı küçələri, 3 nömrəli şəhər poliklinikasının yanı (taksi duracağı və avtobus zolağında minib-düşmə yeri);

Nəcəf bəy Vəzirov küçəsi, 5 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);

Neftçi Qurban Abbasov küçəsi, 33 nömrəli şəhər poliklinikası və 3 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı);

Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsi, “Diamed Hospital”ın yanı (minib-düşmə yeri).

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş