Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat edib

Xəbərlər

19.06.2026 - 17:57

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi, ehtiyatda olan polkovnik Oqtay Məmmədov vəfat edib.

AYNA.AZ bildirir ki, bu barədə sabiq prezidentin kürəkəni Aqil Səmədbəyli məlumat yayıb.

Qeyd edək ki, Oqtay Məmmədov 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi olub.

Oqtay Məmmədov həmçinin 1993-cü ilin iyununda Əbülfəz Elçibəyin Bakını tərk edərək Naxçıvana (Kələki kəndinə) getdiyi gizli səfərdə Prezidenti müşayiət edən azsaylı şəxslərdən biri olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş