Göygöldə mikroavtobus aşıb

Hadisə

20.06.2026 - 14:49

Xəsarət alanlar evə buraxılıblar

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alan 4 sərnişin xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, iyunun 20-də saat 05:50-də yol-nəqliyyat hadisəsi ilə əlaqədar 3 nəfər (2 kişi, 1 qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator ambulator müalicə üçün evə buraxılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş