Rusiyada koronavirusdan ölənlərin sayı artıb
Son bir gündə Rusiyanın paytaxtı Moskvada koronavirusdan 40-a yaxın pasiyent ölüb.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.
"Moskvada pnevmaniya diaqnozu təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 39 pasiyent ölü", - qərargahda bildirilib.
Qeyd edilir ki, paytaxtda koronavirus infeksiyasının təsdiq edildiyi ümumilikdə 905 insan ölüb.