Moskvada daha 74 nəfər koronavirusun qurbanı olub

Dünya

10.12.2020 - 05:44

Koronavirus can almaqda davam edir 

 

Moskvada son sutka ərzində daha 74 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 9 645-ə çatıb.

 

Moskvada ümumilikdə 665 mindən çox insan koronavirusa yoluxub, 507 mindən çox pasiyent xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az