Moskvada daha 72 nəfər koronavirusdan ölüb

Dünya

30.12.2020 - 05:26

Ümumilikdə 799 minə yaxın insan koronavirusa yoluxub

 

Moskvada son sutka ərzində daha 72 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 11 136-ya çatıb.

 

Moskvada ümumilikdə 799 minə yaxın insan koronavirusa yoluxub, 616 minə yaxın pasiyent xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş