Koronavirusdan ölənlərin sayı artıb
Moskvada son sutka ərzində 12 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bununla da Moskvada pandemiya qurbanlarının sayı 4798-ə çatıb.
Qeyd edək ki, indiyədək Rusiyada 980 405 yoluxma faktı, 16 914 ölüm halı qeydə alınıb. 798 466 nəfər isə COVID-19-a qalib gəlib.