Moskvada COVID-19 qurbanlarının sayı artıb

Dünya

13.10.2020 - 05:43

Ümumilikdə, şəhərdə 334 813 şəxsdə virus aşkar edilib

 

Rusiyanın paytaxtı Moskvada daha 58 nəfər koronavirusdan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

 

Qeyd edilir ki, son sutka ərzində paytaxtda daha 58 pasiyent təhlükəli infeksiyanın qurbanı olub. Bununla da Moskvada koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 5 687 nəfərə çatıb.

 

Moskva Rusiyada koronavirusa yoluxanların sayına görə birinci yerdədir. Ümumilikdə, şəhərdə 334 813 şəxsdə virus aşkar edilib. Son bir gündə isə 4 395 nəfərin koronavirus testi müsbət olub. Müalicə alan 262 750 pasiyent sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş