Moskvada COVID-19 daha 75 nəfərin həyatına son qoyub

Dünya

29.12.2020 - 06:38

Moskvada koronavirusdan ölənlərin sayı 11 mini keçib

 

Moskvada son sutka ərzində daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 11 064-ə çatıb.

 

Moskvada ümumilikdə 793 minə yaxın insan koronavirusa yoluxub, 610 minə yaxın pasiyent xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş