Moskvada COVID-19 daha 11 nəfərin həyatına son qoyub

Dünya

30.08.2020 - 07:27

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə şəhərdə koronavirusa yoluxma sayı 261 038 nəfərdir

 

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.

 

AYNA-nın xarici mətbuata  istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

 

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib".

 

Qeyd edək ki, ümumilikdə şəhərdə koronavirusa yoluxma hadisələrinin sayı 261 038 nəfər təşkil edir, 212 301 nəfər sağalıb, ölənlərin sayı 4 809 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş