Morales Meksikanı tərk etdi

Dünya

07.12.2019 - 09:24

Həkimlər Klinikalar SEO Xidməti

Moralesin səfəri müvəqqəti xarakter daşıyır

 

Boliviyanın keçmiş prezidenti Evo Morales siyasi sığınacaq aldığı Meksikadan Kubaya uçub.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Meksika XİN-in nümayəndəsi Roberto Velasko Tvitterdə məlumat verib.

 

Paylaşımda yazılana görə, Moralesin səfəri müvəqqəti xarakter daşıyır.

 

“RİA Novosti” qeyd edib ki, səfərin məqsədi Boliviyanın eks-başçısının tibbi yoxlanışdan keçməsidir.

 

Xatırladaq ki, Boliviyada oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin birinci turunda qalib gələn Evo Moralesə qarşı aksiyalar başlamış və o, noyabrın 10-da istefa verərək ölkəni tərk etmək məcburiyyətində qalmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş