Misir ordusu 126 terrorçunu məhv edib

Dünya

03.05.2020 - 20:39

Hərbi əməliyyatlar zamanı 15 hərbçi həlak olub və ya yaralanıb

 

Misir ordusu Mərkəzi və Şimali Sinay əyalətlərində antiterror əməliyyatları keçirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlarla 126 terrorçu məhv edilib.

 

Misir Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd edilib ki, terrorçulara qarşı aparılan hərbi əməliyyatlar zamanı 15 hərbçi həlak olub və ya yaralanıb. Həlak olan hərbçilərin dəqiq sayı açıqlanmır.

 

Açıqlamada bildirilib ki, məhv edilən terrorçuların düşərgələrində çoxlu silah-sursat, 630 partlayıcı qurğu, 6 yeraltı tunel, 228 sığınacaq və 116 nəqliyyat vasitəsi aşkar edilib.

 

Qeyd edək ki, Misir ordusunun Sinay yarımadasının mərkəz və şimal hissəsində antiterror əməliyyatı qərarı iki gün öncə bu ərazidə terrorçular tərəfindən törədilən və hərbçilərin həlak olmasına səbəb olan partlayışdan sonra verilib.

Müəllif: Ayna.az