Miqrant ordusu geri qayıdıb

Dünya

15.05.2020 - 11:55

cedabet Klinikalar SEO Xidməti

Ən azı 10 min sənədsiz miqrant Yaxın Şərqdən Efiopiyaya dönüb

 

Pandemiya elan edildiyi üçün, ən azı 10 min sənədsiz miqrant Yaxın Şərqdən Efiopiyaya qayıdıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, onların arasında mart ayında bir konteynerdə Cənubi Afrikaya gedərkən Mozambikdə onlarla insanın həyatını itirdiyi faciədən sağ çıxan 11 gənc də var.

 

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, pandemiya miqrantların təhlükəsiz keçidini təmin etmək səylərinə ciddi təsir göstərib.

 

“Qayıdış miqrantların bütün müddət ərzində sağlam qalmalarını təmin edən bir şəkildə aparılmalıdır. Beləliklə, adətən tətbiq etməyəcəyimiz tədbirləri həyata keçirmək məcburiyyətindəyik. Bizim mövqeyimiz pandemiya kontekstində sərhədlər daxilində böyük miqrasiyalara bir müddət fasilə verilməsidir”, BMqT-nin rəhbəri Maureen Açienq bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş