Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib

Cəmiyyət

25.07.2024 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Dursun Qasımovaya Gəncə şəhərində ikiotaqlı, tam təmirli mənzil təqdim edilib

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Natiq Qasımovun anasına ev verilib. AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş