AYNAda"/>

Gündəmi zəbt edən "Zeynəb Xanlarova işi"nin örtülü məqamları <font color=red> AYNAda</font>

Cəmiyyət

17.12.2019 - 16:00

“Yazırlar ki, uşaq pulunu Zeynəb xanım ləğv etdirib, halbuki, özünün də bundan xəbəri yoxdur”

 

Bir neçə gündür ki, sosial şəbəkələrdə SSR-inin və Azərbaycanın Xalq artisti, 5 çağırış ard-arda Milli Məclisin deputatı olmuş Zeynəb Xanlarovanın Amerikaya köçməsi barədə məlumatlar paylaşılır. Qeyd olunur ki, Z.Xanlarova artıq 2012-ci ildən Amerikada yaşayır, hətta orada xeyriyyəçiliklə məşğuldur.

 

Jurnalist Cavanşir Həsənli iddia edir ki, millət vəkili bu məqsədlə 7 il əvvəl Amerikada “ZEYNAB KHANLAROVA FOUNDATION” adlı xeyriyyə fondu təsis edib: “2013-cü ildə Brooklində, “Sheepshead Bay Rd 1629” ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 2500 fut (232.2 kv.m.) sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni aylıq icarəsi 10 min dollar! İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir”.

 

“Elə indi Nyu-Yorkda, xüsusilə Brooklində postsovet məkanından olan miqrantlar arasında Zeynəb Xanlarovanın hörməti bəlkə də Azərbaycanda mandata xərclədiyi nüfuzundan daha artıqdır”, - deyə C.Həsənli vurğulayır.

 

Hüquqşünas Ələsgər Əhmədoğlu isə qeyd edir ki, Z.Xanlarova əgər 7 il öncə ABŞ-da fond yaradıb və müəyyən fəaliyyətlərdə bulunubsa, onun 5-ci çağırış Milli Məclisə deputat seçilməsi qanunauyğun deyildi: “Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində deputat seçilməyə əngəllərdən biri də "başqa dövlətlər qarşısında öhdəliyi olmaq"-dır. "ABŞ-da olmaq birbaşa öhdəlik yaradarmı?" sualı hələ illər öncə Rəsul Quliyevin prezidentliyə namizəd olmaq istəməsi ilə Konstitusiya Məhkəməsinin gündəminə gəlmişdi”.

Картинки по запросу Ələsgər Əhmədoğlu

Ə.Əhmədoğlu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü ildə "Azərbaycan" qəzetində bu barədə yayımlanmış məlumatını da xatırladıb: “Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin "...başqa dövlətlər qarşısında öhdəliyi olmayan..." müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir. Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də ola bilər.”.

 

Sosial şəbəkələrdə bu barədə paylaşılan məlumatlarda həqiqət payının nə qədər olduğuna, ümimiyyətlə Z.Xanlarovanın hazırda ölkədə olub-olmadığına, həmçinin məsələnin hüquqi tərəflərinə AYNA tutmağa çalışdıq.

Картинки по запросу Aslan İsmayılov

Təəsüflər olsun ki, millət vəkilinin özü ilə əlaqə yaratmaq cəhdlərimiz uğursuz alındı. Ancaq hüquqşünas Aslan İsmayılov Zeynəb Xanlarovanın Amerikaya köçmədiyini, vətəndə olduğunu bildirdi: “Zeynəb Xanlarova ilə bağlı hazırda yazılanlar yalan və qərəzdən ibarətdir, böhtandır. Zeynəb xanım Bakıdadır, nə Amerikada ev alıb, nə də ora köçüb. Zeynəb xanıma qarşı aparılan qərəzli kampaniyanı başladan vaxtilə Ramiz Mehdiyevlə Əli Həsənov idi. Onların məqsədi Azərbaycanın tanınmış, ləyaqətli simalarını çirkləndirmək olub. Zeynəb xanım da heç zaman bu iki şəxsi saymayıb, onların "qılıncının" altından keçməyib, qürurunu qoruyub".

 

"İndi də yazılanların bir qismi həmin şəxslərin tör-töküntülərinin işidir. Digər hissəsi isə paxılların əməlləridir, çünki Zeynəb xanım elə zirvələri fəth edib ki, heç bir Xalq artisti ona yaxın dura bilməyib. Xahiş edib, pul verib Zeynəb Xanlarova haqqında yazı yazdıran Xalq artistləri var. İndi adlarını hallandıraraq, o həyasızların dilinə düşmək istəmirəm, ancaq lazım gələndə adlarını da açıqlayaram”, - həmsöhbətimiz dedi.

 

A.İsmayılovun fikrincə, Z.Xanlarovanın həyatında yeganə səhvi onun parlamentə gəlməsi olub: “Çünki onun deputatlığa heç zaman ehtiyacı olmayıb, mandatdan istifadə etməyib. Zeynəb Xanlarova Azərbaycanın mədəniyyətini, dövlətini dünyada tanıtdıranda, hələ heç kim meydanda yox idi. Zeynəb xanım sovet dövründə xaricə gedəndə onu şahlar, krallar qarşılayıb, onun gördüyü pulu, qızılı, brilliantı SSRİ-də heç kim görməyib. O, öz sənətiylə var-dövlət qazanıb, deputatlığın gətirdiyi imtiyazlara ehtiyacı olmayıb. Zeynəb xanımı parlamentə salanlar da bunu bilərəkdən ediblər, onu nüfuzdan salmaq üçün. Özünün də siyasəti olmayıb ki, bunu öncədən hiss etsin. Bu barədə onun özünə də demişəm, özü də etiraf edib ki, parlament ona lazım deyildi”.  

Картинки по запросу Zeynəb xanlarova

Hüqquqşünas Zeynəb Xanlarovanın deputat fəaliyyətindən də danışdı: “Yazırlar ki, uşaq pulunu Zeynəb Xanlarova ləğv etdirib, halbuki, özünün belə, bundan xəbəri yoxdur. Əgər kimsə bu barədə ortaya hər hansı bir sübut qoysa, mən şəxsən ondan üzr istəyərəm. Zeynəb xanım söhbətlərimizin birində məndən xahiş elədi ki, “bəlkə, mən nəsə demişəm bu barədə, düzgün anlaşılmayıb, tap, göstər, görüm mən, axı nə demişəm”. Zeynəb xanımın Milli Məclisdə çox az sayda çıxışları olub, onda da digər deputatların qorxudan dilə gətirmədiyi məsələləri qabardıb, Xəzərin oliqarx milyonerlər, nazirlər, məmurlar tərəfindən hasarlandığını dilə gətirib. “Xalqın hər şeyini əlindən almısız, dənizini də almayın” fikrini Zeynəb xanımdan başqa heç bir deputat deməyib. Parlamentdə Məhəmməd Əmin Rəsulzadəni satqın adlandıranda, başına torba keçirilməsinə bəraət qazandıranda Zeynəb xanım çıxış edərək deyib ki, “bu dövləti quran Məhhəmməd Əmin Rəsulzadənin nəşini gətirib Azərbaycanda dəfn edin”. Tək elə bu iki çıxışına görə Zeynəb xanıma təşəkkür etmək lazımdır”.   

 

Aslan İsmayılov sözügedən xeyriyyə fondu barəsində yazılanlara da aydınlıq gətirib: “Mən Zeynəb xanımı şəxsən tanıyıram, sözügedən fondun yaradılmasından da xəbərdaram. O vaxt fond yaradılarkən Zeynəb xanımla danışdıq, Amerikada yaşayan hüquqşünaslardan xahiş etdim ki, sənədləşmə işləri ilə məşğul olsunlar. Fond Amerikada Azərbaycan mədəniyyətinin təbliği məqsədilə yaradılıb. Zeynəb xanımın Amerikada konsertlərini təşkil etmək üçün çox xərc çıxırdı, orda yaşayan Bakı yəhudiləri də Zeynəb xanıma təklif etmişdilər ki, belə bir fond yaratsın, xərcini isə özləri çəkəcəklər. Yəni məqsəd ancaq bundan ibarət olub ki, oradakı yəhudilər həmin fonda pul köçürsünlər və Zeynəb xanımın Amerikada konsertlər verməsi üçün zallar kirayələnsin. Ancaq heç bunu da edə bilmədilər, fond sadəcə qeydiyyatdan keçdi. Bunu yazanlar bir araşdırsınlar ki, fonda nə qədər pul girib-çıxıb”.

 

“Bu ölkədə hamının sənə nifrət etməyini istəyirsənsə, uğurlu adam olmalısan. Uğurlu adam olsan, bütün uğursuzlar sənə nifrət edəcək. Zeynəb Xanlarova da uğurlu xanım olduğu üçün bu böhtanlarla üz-üzədir. Milli şüurumuzun, təfəkkürümüzün formalaşmasında, Azərbaycana, Türkiyəyə, türk dilinə məhəbbətdə bir Bəxtiyar Vahabzadənin şeirlərinin böyük rolu olub, bir də Zeynəb Xanlarovanın mahnılarının. Azərbaycan mədəniyyətini dünyada tanıtmış bir xanıma qarşı bu cür qərəzli, heç bir əsası olmayan məlumatlar yaymaq əxlaqsızlıqdır. Yazılanların müqabilində Zeynəb xanımın bu xalqa nifrət etməyə haqqı var”, - deyə hüquqşünas vurğuladı.

Картинки по запросу Konstitusiya Araşdırmaları Fondu Əliməmməd

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə Zeynəb Xanlarova haqqında deyilənlərin hüquqi tərəflərini izah etdi: “Azərbaycan Konstitusiyasına görə, hər kəsin sərbəst hərəkət etmək hüququ var, istənilən ölkəyə gedə, hətta istənilən ölkədə müvəqqəti yaşaya da bilər. Əsas odur ki, başqa ölkənin vətəndaşı olmasın və Zeynəb xanımı hər hansı bir ölkə vətəndaşlığa qəbul etməyibsə, deputat olmasında heç bir problem yoxdur. Zeynəb xanım özü bu barədə heç bir açıqlama verməyib. Ancaq həqiqət olsa belə, onun başqa bir məmləkətdə fond yaratmasında da qanuna zidd məqam yoxdur”.

 

“Fond yaratmaq o demək deyil ki, həmin ölkə qarşısında Zeynəb xanımın hər hansı öhdəliyi var. Birincisi, belə fondlar hər kəsin öz vəsaiti hesabına yaradılır. İkincisi də, araşdırılmalıdır ki, fondun idarəedicisi odurmu. Əgər fond yadılıbsa və Zeynəb xanım təsiscisi deyilsə, burada qanun pozuntusu yoxdur. Fond yaradılanda fondu yaradan şəxs vəsait qoyur, vəsait almır. Qanunvericiliyə görə, hər hansı bir deputat sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz və burada sahibkarlıq fəaliyyəti yoxdur”, - deyə Ə.Nuriyev bildirdi.

Müəllif: Rumiyyə Miraslan