Mehriban Əliyeva təyyarə qəzası barədə paylaşım edib

Xəbərlər

25.12.2024 - 12:30

Həkimlər Klinikalar SEO Xidməti

“Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım edib.

AYNA xəbər verir ki, paylaşımda deyilir: "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş