Bəzi nazirlər postlarında qalıblar
Fransa Prezidenti Emmanuel Makron Baş nazir Fransua Bayru ilə görüşündə əvvəlki kabinet üzvlərinin əsas postlarını saxladığı ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib. AYNA xəbər verir ki, siyahını Yelisey Sarayının baş katibi Aleksis Kohler oxuyub.
Belə ki, 2024-cü ilin sentyabrında Xarici İşlər Nazirliyinə işə başlayan Jan-Noel Barrot nazir, Sebastyen Lekornu isə ölkənin Silahlı Qüvvələr Nazirliyinə rəhbərlik etməyə davam edəcək.
Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retalleau da postunda qalıb.