Belarus Prezidentinin səfər tarixi dəqiq deyil
Yaxın günlərdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Moskvaya səfəri gözlənilir.
AYNA xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. Lukaşenko səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Səfərin konkret günü ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərindən sonra ölkədə etiraz aksiyaları başlayıb. Vətəndaşlar seçkilərin nəticələrinə etiraz edərək, Lukaşenkonun istefaya getməsini, yeni seçkilər keçirilməsini tələb edirlər.
Bir müddət öndə Lukaşenko rusiyalı həmkarı Putindən Belarusda siyasi böhranın həlli üçün kömək istəmişdi.