Leyen Hörmüz boğazının dərhal açılmasını tələb edib

Dünya

15.06.2026 - 17:22

“ABŞ- İran razılaşmasından sonra Hörmüz boğazı dərhal açılmalıdır”

“ABŞ- İran razılaşmasından sonra Hörmüz boğazı dərhal açılmalıdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

"İndi prioritet bütün tərəflərin razılaşmanı sürətli və tam şəkildə həyata keçirməsidir. Dənizçilik azadlığı bərpa edilməlidir. Bu, regional sabitlik və qlobal iqtisadiyyat üçün vacibdir", - deyə o bildirib və qeyd edib ki, bu razılaşma Yaxın Şərqdə sülh və təhlükəsizlik üzrə daha geniş danışıqlara yol açır.

Leyen vurğulayıb ki, "Livan alovlar içində qaldığı müddətcə" bölgədə sülh mümkün deyil.

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Avropa bir daha bütün tərəfləri Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və "əsl atəşkəsi" təmin etməyə çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş