“Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
“ABŞ ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq”. AYNA.AZ xəbər verir ki, bu sözlər barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
"Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək", XİN-dən bildirilib.