Lavrov: “Ukraynaya hərbi yardımı könüllü olaraq məcburi etmək istəyirlər”

Dünya

04.04.2024 - 16:02

cedabet Klinikalar SEO Xidməti

“Bu, yalnız bir məqsədlə baş verir - Ukrayna Rusiya ilə müharibəni davam etdirə bilsin”

“İndi Qərb Ukraynaya könüllü hərbi yardımı NATO çətiri altında məcburi hərbi yardıma çevirmək istəyirlər”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bütün NATO üzvlərini ciddi nizam-intizamla Kiyev rejiminin məcburi maliyyə və silahla təmin edilməsinə imza atmağa məcbur edirlər”, Lavrov vurğulayıb.

Onun sözlərinə görə, “bu, yalnız bir məqsədlə baş verir - Ukrayna Rusiya ilə müharibəni davam etdirə bilsin”.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyans ölkələri Ukraynaya hərbi yardımın koordinasiyasında öz rolunu gücləndirmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş