“Əgər Tramp indi ABŞ Prezidenti olsaydı, Ukrayna ətrafında vəziyyət indiki vəziyyətdən heç nə ilə fərqlənməzdi”
“Əgər Donald Tramp indi ABŞ Prezidenti olsaydı, Ukrayna ətrafında vəziyyət indiki vəziyyətdən heç nə ilə fərqlənməzdi”. AYNA xarici CBS-yə istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Heç bir fərq ola biləcəyini düşünmürəm”, - Rusiyanın baş diplomatı qeyd edib.
Lavrov vurğulayıb ki, Rusiya-ABŞ münasibətlərinin əsaslarının dağıdılması Corc Buşun təşəbbüsü ilə başlayıb.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-da cəzasızlıq və üstünlük komplekslərinin pisləşdiyini bildirib.