Lavrov Çinə rəsmi səfər edib

Dünya

08.04.2024 - 10:54

cedabet Klinikalar SEO Xidməti

Nazirin səfəri aprelin 8-dən 9-dək davam edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfər edib. AYNA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl Pekində Lavrovun Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacağını bildirmişdi.

Onun sözlərinə görə, nazirlər digər məsələlərlə yanaşı, Ukrayna və Asiya-Sakit okean regionunda vəziyyəti, ikitərəfli əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.

Nazirin səfəri aprelin 8-dən 9-dək davam edəcək.

Lavrov sonuncu dəfə Pekinə 2023-cü ilin oktyabrında, üçüncü beynəlxalq “Bir kəmər, bir yol” forumu keçirilən zaman səfər edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş