Körpüdə nəqliyyatın hərəkəti 7 saatlıq dayandırılıb
Krım körpüsündə avtomobillərin hərəkəti 7 saatlıq dayandırılıb. AYNA xəbər verir ki, bu barədə rus “Telegram” kanalları məlumat yayıb.
Bildirilir ki, Moskva vaxtı ilə saat 17:00-a qədər avtomobillər körpüyə buraxılmayacaq. Bu qərara səbəb kimi ərazidə aparılan bərpa işləri göstərilib.
Bundan əvvəl Rusiyanın Nəqliyyat Nazirliyi nəqliyyat keçidinin oktyabrın 10-da bağlanacağı ilə bağlı xəbərdarlıq etmişdi.