Kremldən Budanovun həyat yoldaşının Rusiya tərəfindən zəhərlənməsi iddiasına cavab

Dünya

29.11.2023 - 17:17

cedabet dərman SEO Xidməti

Peskov: “Kiyev hər şeydə, hətta Ukraynanın mövcudluğunda da Rusiyanı günahlandırır”

“Kiyev adətinə uyğun olaraq hər şeydə, hətta Ukraynanın mövcudluğunda da Rusiyanı günahlandırır”. AYNA xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Kiyevin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşının zəhərlənməsində Rusiyanın əli olması ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

“Ukrayna hər şeydə Rusiyanı günahlandırır. Fikrimcə, onlar hətta dövlətlərinin mövcudluğunda da Rusiyanı günahlandırırlar”, - Peskov bildirib.

Kreml rəsmisi bu cür ittihamları “rutin” adlandırıb.

Qeyd edək ki, Budanovun həyat yoldaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Valeri Kondratyukun sözlərinə görə, qadın arsen və civə ilə zəhərlənə bilər ki, bu, Rusiyaya xas əməllərdəndir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş