Baş Naziri Boris Conson da koronavirusa yoluxduğu üçün karantindədir
Böyük Britaniyada son 24 saatda koronavirusdan 684 insan həyatını itirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 6860-a çatıb.
Böyük Britaniyanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə virusa yoluxanların sayı 38 min 168 nəfərdir.
Digər tərəfdən, Kraliça Elizabetin bazar günü Bukingem sarayından xalqa çağırış edəcəyi bildirilib.
Qeyd edək ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson da koronavirusa yoluxduğu üçün karantindədir. Conson telekonfrans metodundan istifadə edərək kabinet iclaslarını keçirir.