Koronavirusun yayıldığı ölkələrin sayı artıb

Dünya

03.03.2020 - 03:38

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus sürətlə yayılmaqda davam edir

 

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına görə, Çindən kənarda yeni koronavirusa yoluxma halları 64 ölkədə qeydə alınıb.

 

AYNA-nın RİA “Novosti”yə istinadən məlumatına görə, təşkilatın məlumatında bildirilir ki, son gün ərzində Çindən kənarda virusa 1 598 yoluxma hadisəsi təsdiqlənib. Beləcə, koronavirusa yoluxanların sayı 8 774 nəfərə çatıb.

 

Ümumilikdə Çindən kənarda koronavirusa yoluxma halları 64 ölkədə qeydə alınıb. Ölənlərin ümumi sayı 128 nəfərdir. Məlumata görə, son gün ərzində COVID-19-dan 24 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş