Onlardan biri daha aqressiv, digəri isə mülayimdir
Çində aparılan araşdırmada koronavirusun iki fərqli virusa bölündüyü ortaya çıxıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, koronavirusun L və S formaları olduğunu deyən alimlər onlardan birinin aqressiv olduğunu, tez yayıldığını, digərinin daha mülayim olduğunu bildiriblər.
Pekin Universiteti Həyat Bilgisi fakültəsinin mütəxəssislərinin sözlərinə görə, ilk ortaya çıxan virus S tipi olub, o, daha zəif, sağlamlığa təhlükəsiz idi. Daha sonra virusun L tipi artıq daha sürətlə yayılmağa başlayıb kı, hazırda da yoluxmaların 70%-i və ölümlə nəticələnən faktların çoxu bu virusun ucbatından baş verir.