Koronavirusla bağlı son durum: Yeni yoluxma və ölüm halları var

Dünya

14.04.2020 - 12:02

Həkimlər Klinikalar SEO Xidməti

Dünya üzrə virusa yoluxanların sayı 2 milyon nəfərə yaxınlaşır

 

Dünya miqyasında koronavirusa yoluxanların sayı 1 milyon 925 min, ölənlərin sayı isə 119 min nəfəri keçib. 425 min 178 nəfər isə pandemiyadan sağala bilib.

 

AYNA COVID-19 ilə bağlı son statistikanı təqdim edir:

 

Hindistanda koronavirusa yoluxanların sayı 10 mini keçib. Ölkədə karantin rejimi mayın 3-dək uzadılıb.

 

İsraildə koronavirusdan ölənlərin sayı 116-ya yüksəlib. 11 min 586 nəfər aktiv koronavirus xəstəsi var.

 

Çində vəziyyət stabil olaraq qalır. Virusun yayıldığı ölkədə cəmi 82 min 249 koronaviruslu xəstəsi var ki, onlardan 3341-i dünyasını dəyişib.

 

Qardaş ölkə Türkiyədə artıq pandemiyaya yoluxanların sayı 61049, ölənlərin sayı isə 1296 nəfərə yüksəlib.

 

Pandemiyanın ən çox təsir etdiyi ABŞ-da 23 min 644 nəfər bu günə qədər vəfat edib. Yoluxanların sayı 587 min 173-ə çatıb.

 

İlk beşlikdə yer alan Almaniyada ölənlərin sayı 3194, yoluxanların sayı 130072 nəfər təşkil edir.

 

Fransada 136 min 779 nəfər COVID-19-dan əziyyət çəkir. Bu günə qədər 14 min 967 nəfər bu ölkədə virusun qurbanı olub.

 

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 88 min 621, ölənlərin sayı 11 min 329-a yüksəlib.

 

Hollandiyada son 24 saat ərzində daha 964 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə virusa yoluxanların sayı 26 min 551-ə çatıb. 2823 nəfər isə virusdan dünyasını dəyişib.

 

Belçikada yoluxanların sayı 30 min 589-a, ölənlərin sayı 3 min 903-ə qalxıb.

 

Virusdan əziyyət çəkən ölkələr arasında ilk üçlüyü tamamlayan İtaliyada ölənlərin sayı 20 min 465-ə çatıb. Ölkədə 159 min 516 nəfər koronavirus xəstəsi var.

 

Avstraliyada isə ölənlərin sayı 61-ə, yoluxanların sayı 6 min 398 nəfərə çatıb.

 

Braziliyada virusdan ölənlərin sayı daha 105 nəfər artaraq 1328 nəfər təşkil edib. Virusa yoluxanların sayı isə 1261 nəfər artaraq 23 min 430 olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş