Son günlər virusa cəmi 125 nəfər yoluxub
Çindən koronavirusla bağlı sevindirici məlumatlar verilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə virusdan sağalanların sayının azaldığı bildirilib.
Çin Milli Səhiyyə Komissiyasının açıqlamasında qeyd olunub ki, son günlər virusa cəmi 125 nəfər yoluxub.
Qeyd edək ki, dünən Çində Covid-19 virusundan 31 nəfər ölüb, virusa yoluxanların sayı isə 2945 nəfərə çatıb. Komissiya bu günə qədər virusdan sağalan xəstələrin 47204-ə çatdığını bildirib.