Çində koronavirusa yoluxanların sayı artmaqda davam edir
Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 414-ə, bu virusa yoluxanların sayı isə 13522-ə çatıb.
AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər verib.
Yerli hökumət fevralın 3-də 64 yeni ölüm və 2345 yoluxma faktı qeydə alıb.
Həmçinin qeyd olunur ki, 3 fevral saat 20:00-dək Hubeyin 396 sakini koronavirusdan sağalıb.