Koronavirusa qarşı ən yaxşı mübarizə aparan ölkələrin siyahısı

Dünya

16.04.2020 - 18:17

Həkimlər Klinikalar SEO Xidməti

Siyahıda Türkiyənin son sıralarda yer alması böyük reaksiyaya səbəb olub

 

“Forbes” jurnalı “koronavirusa qarşı ən təhlükəsiz ölkələrin” siyahısını açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, siyahı böyük reaksiyaya səbəb olub.

 

Belə ki, siyahıda koronavirusa qarşı mübarizədə müvəffəqiyyət qazanan və səhiyyəsi ilə nümunə olan ölkələr arasında Türkiyə 36-cı sırada qərarlaşıb. İlk pillədə isə İsrailin adı çəkilib. 

 

Bu baxımdan da səhiyyə sektorunun gücü və iqtisadiyyatları əsas götürülərək hazırlanan siyahıda Türkiyənin son sıralarda yer alması böyük reaksiyaya səbəb olub.

 

Qeyd edək ki, Türkiyə Covid-19-a qarşı aldığı erkən tədbirlərlə diqqət çəkməsi ilə yanaşı, ehtiyacı olan ölkələrə kömək etməsiylə də böyük təqdir qazanmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş