Koronavirus orta yaşlı insanları da risk altına alır

Dünya

31.03.2020 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

Virusa yoluxmada yaş kateqoeiyasına dair növbəti araşdırma aparılıb

 

Dünyada 785 mindən çox insanın yoluxduğu və 37 mindən çox insanın öldüyü Covid-19 artıq orta nəslin də qəniminə çevrilir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Çində koronavirusa yoluxmada yaş kateqoeiyasına dair növbəti araşdırma aparılıb.

 

Araşdırma nəticələrinə görə, ilk vaxtlar yaşlı insanlar arasında yayılan virus artıq orta yaşlı insanları da risk altında qoyub. Araşdırma nəticələrinə görə, 10 yaşdan aşağı insanlarda ölüm göstəricisi 0,0016 % olduğu halda,  80 yaş və yuxarı insanlarda bu rəqəm 7,8% olub. Müalicədə olan 10-19 yaş arası xəstələrin ümumi çəkisi 0,04%, 80 yaşdan yuxarı pasiyentlərdə isə 18%-ə çatıb.

 

“Lanset” infeksion xəstəliklər dərgisinin yaydığı xəbərə görə, virusa yoluxmuş 40 yaşdan yuxarı insanların 4%-nin, 50 yaşdan yuxarı xəstələrin isə 8%-nin müalicəyə ehtiyacı olur. Bu rəqəm virusun yayıldığı ilk vaxtlardakı göstəricidən çoxdur.

 

Araşdırmada Vuhanda olan 70 117 xəstənin kliniki sənədlərdəki məlumatlarından istifadə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş