Koronavirus İtaliyada can almaqda davam edir

Dünya

25.02.2020 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə virusun sürətlə yayılması yeni qalmaqala səbəb olub

 

İtaliyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə virusun sürətlə yayılması yeni qalmaqala səbəb olub.

 

Belə ki, xəstəxanaların biri protokola uyğun fəaliyyət göstərmədiyi üçün virusun ölkədə sürətlə yayıldığı müəyyən edilib.

 

İtaliyada virusa ən çox yoluxan bölgələrin adları da açıqlanıb. Belə ki, ölkənin şimalında yerləşən Lombardiya regionunda 173, Venota şəhərində isə 33 nəfərin virusa yoluxduğu bildirilir.

 

Artıq sözügedən bölgələrdə iş yerləri və məktəblərin bağlanılmasına qərar verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş