Koronaviruslu şəxs İtaliyadan yenicə ölkəsinə gəlibmiş
Ukraynada koronavirisa yoluxmuş ilk xəstə qeydə alnıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxmuş şəxs Ukraynanın Çernoviç vilayətindəndir.
Bu barədə məlumat verən Ukrayna Səhiyyə nazirinin müavini Viktor Lyaşko bildirib. O deyib ki, əslində 4 nəfər şübhəli şəxs aşkarlanıb, ancaq birində COVİD-19 təsqiqlənib. Koronaviruslu şəxs İtaliyadan yenicə ölkəsinə gəlibmiş, kontaktda olduğu insanlarla bağlı nəzarətə götülülüb.
Məlumat üçün bildirək ki, hazırda təkcə Çində 80 min adam virusa yoluxub, 2943 nəfər ölüb, 47 mindən çox insan müalicədən sonra sağalıb. Başqa ölkələrdə yoluxma sayı 8700, ölənlərin sayı isə 120 nəfərdir.