Koronavirus 18 yaşlı oğlanın həyatına son qoyub

Dünya

23.03.2020 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Britaniyada qeydə alınsa da, hökumət karantin elan etməyə tələsmir

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan ölənlərin daha çox 70 yaşdan yuxarı olduğunu açıqlasa da, artıq 18 yaşlı gəncin ölümü baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Londonda 18 yaşlı oğlan virusa yoluxmadan az sonra vəfat edib. O, evində dünyasını dəyişib.

 

Dünya üzrə 15 minə yaxın insanın ölümünə səbəb olan Covid-19-a qarşı bütün ölkələrdə mübarizə tədbirləri gücləndirilib. Avropa ölkələrinin çoxunda artıq fövqəladə vəziyyət elan edilsə də, Britaniya hökuməti hələ də götür-qoy edir. Baş Nazir Boris Conson əhalinin sərt tələblərərinə baxmayaraq, hələ də ciddi karantin qərarları verməkdən çəkinir.

 

Qeyd edək ki, Böyük Britaniyada hazırda 5600 nəfərdə virusa yoluxma qeydə alınıb, 281 nəfər isə ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş