Konqresmen: “Baydenin sakitləşdirmə siyasəti ABŞ-ı təhdid edir”

Dünya

29.01.2024 - 11:24

cedabet dərman SEO Xidməti

“Qoşunlarımıza, müttəfiqlərimizə və maraqlarımıza qarşı hücumlar davam edəcək”

ABŞ Senatının Nümayəndələr Palatasının üzvü Mayk Rocers bildirib ki, ABŞ Prezidenti Co Baydenin sakitləşdirmə siyasəti milli təhlükəsizliyi təhdid edir. AYNA xəbər verir ki, bu barədə TASS yazıb.

Senator Suriya-İordaniya sərhədində ABŞ bazasına hücumdan danışarkən bildirib ki, “mövcud administrasiyanın göstərdiyi zəiflik düşmənləri ruhlandırır”.

“Qoşunlarımıza, müttəfiqlərimizə və maraqlarımıza qarşı hücumlar davam edəcək”, senator deyib.

Bayden daha əvvəl İranı ABŞ-ın İordaniyadakı bazasına hücumu dəstəkləməkdə ittiham etmişdi. Yanvarın 27-də axşam saatlarında pilotsuz təyyarə hərbi bazaya zərbə endirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş