Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib
Rusiya ordusu bu gün səhər saatlarında Kiyevə raket zərbələri endirib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, səhər saatlarından başlayaraq Kiyevdə hava həyəcanı siqnalı çalınıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
"Düşmənin dinc şəhərə növbəti raket hücumu həyata keçirilib. Yenə də hücum sadə deyil, birləşmiş xarakter daşıyır. Əvvəlcə, Rusiya Federasiyasının Saratov vilayətindən Tu-95MS strateji aviasiya təyyarələrindən X-101/555/55 tipli qanadlı raketlər atılıb. Sonra Kiyevə fərqli tipli, ehtimal ki, ballistik raketlər buraxılıb”, - məlumatda bildirilib.