Kanadada karantin rejimi sona çatır

Dünya

04.05.2020 - 11:25

Bir neçə əyalətdə bağlanan bəzi müəssisələrin yenidən açılmasına icazə verilib

 

Kanadada koronavirusdan ölənlərin sayı son 24 saat ərzində 312 nəfər artaraq 3 min 462-dən 3 min 744 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Kanada Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 4 min 664 nəfər artıb və yoluxanların sayı 54 min 810-dan 59 min 474-ə çatıb.

 

Ən çox ölüm və yoluxma halları isə Kvebek ştatında (31 min 865 yoluxma, 2205 ölüm) və Ontarioda ştatında (17 min 555 yoluxma və 1308 ölüm) qeydə alınıb.

 

Bununla yanaşı, bu gündən etibarən Ontario, Kvebek, Alberta, Manitoba və Saskaçevan əyalətlərində bağlanan bəzi müəssisələrin yenidən açılmasına icazə verilib.

 

Belə ki, Manitoba, Saskaçevan və Alberta şəhərlərində muzeylər, kitabxanalar, pərakəndə ticarət müəssisələri və restoranlar yenidən fəaliyyətə başlayacaq.

 

Sözügedən ştatlarda stomatologiya və fizioterapiya kimi tibbi xidmətlər müəyyən edilmiş qaydalar çərçivəsində fəaliyyətini bərpa edəcək. 

 

Müəllif: Ayna.az