İzmirdə zəlzələ olub

Dünya

09.02.2021 - 12:44

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur

 

Türkiyənin İzmir vilayətində 4,4 bal gücündə zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Yeraltı təkanlar Türkiyə vaxtı ilə 10:30-da qeydə alınıb.

 

Zəlzələ İzmir və ətraf bölgələrdə də hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Müəllif: Ayna.az