İtaliyada koronavirusdan ölən həkimlərlə bağlı şok iddia

Dünya

10.04.2020 - 18:13

Həkimlər Klinikalar SEO Xidməti

Filippo Anelli hökuməti tibb işçilərini qoruyucu tədbirlər olmadan işləməyə məcbur etdiyi üçün tənqid edib

 

Avropada koronavirusdan ən çox zərər görən İtaliyada bu günə qədər 107 həkim dünyasını dəyişib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, həyatını itirən həkimlərlə bağlı ziddiyyətli iddialar gündəmə gəlib.

 

Belə ki, həmin həkimlərin əksəriyyətinin təcrübəçi olduqları və xəstələrə qoruyucu geyimlər olmadan xidmət etdikləri bildirilib.

 

“BBC”nin məlumatına görə, İtaliyanın Milli Tibbi Cərrahlar və Diş Dərnəkləri Federasiyası pandemiyadan ölən həkimlərin şəxsiyyəti barədə açıqlama verib.

 

Federasiyanın açıqlamasına görə, İtaliyada koronavirusdan ilk həkim martın 11-də vəfat edib və ondan sonra ölən həkimlərin sayı sürətlə artıb və 107-yə çatıb.

 

Federasiyasının prezidenti Filippo Anelli hökuməti tibb işçilərini qoruyucu tədbirlər olmadan işləməyə məcbur etdiyi üçün tənqid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş