Koronavirus təhlükəsi bütün dünyanı təşvişə salıb
İtaliyada koronavirusa yoluxanların sayı artaraq 300-ü keçib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkə ərazisində 322 nəfərdə Covid-19-a rast gəlinib. Ölənlərin sayı isə 11-ə yüksəlib.
Qeyd edək ki, hazırda İtaliyada virusdan ölüm səviyyəsi 2-3% təşkil edir. Ölüm halları əsasən yaşlı insanlarda müşahidə olunur.