İtaliyada karantin rejimi uzadıldı

Dünya

11.04.2020 - 05:13

Həkimlər Klinikalar SEO Xidməti

“Əgər biz indi təslim olsaq, hər şeyin yenidən başlamaq təhlükəsi var”

 

İtaliyada karantin rejimi mayın 3-dək uzadılıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte bildirib. Onun sözlərinə görə, qərar koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə verilib.

 

“Əgər biz indi təslim olsaq, hər şeyin yenidən başlamaq təhlükəsi var”, - deyə Konte əlavə edib.

 

Qeyd edək ki, İtaliyada 18 min 849 nəfər koronavirusdan dünyasını dəyişib, 124 min 869 nəfər isə Covid-19-a yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş