İtaliyada karantin müddəti uzadılıb

Dünya

02.04.2020 - 09:07

Həkimlər Klinikalar SEO Xidməti

İtaliyada koronavirus sürətlə yayılmaqda davam edir 

 

İtaliyanın Baş Naziri Cüzeppe Konte koronavirus səbəbindən tətbiq edilən karantin müddətinin aprelin 13-ə qədər uzadılması barədə sərəncam imzalayıb.

 

AYNA-nın “TASS”a istinadən məlumatına görə, Konte qeyd edib ki, ekspertlərin tövsiyəsi əsasında karantin bir daha uzadıla bilər.

 

“Əgər qaydalara riayət etməyi dayandırsaq və həyata keçirilən tədbirləri zəiflətməyə başlasaq, göstərilən səylər nəticəsiz qalacaq”, - hökumət başçısı bildirib.

 

Qeyd edək ki, indiyədək İtaliyada 110 min nəfər koronavirusa yoluxub, 13 min pasiyent dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş