Sercio Mattarellanı hava limanında rəsmi şəxslər qarşılayıblar
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfər edib.
AYNA.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.