Mingəçevirdə xəstəxananın həyətində özünü yandıran şəxs vəfat edib

Hadisə

29.06.2019 - 15:21

Çoxsaylı yanıq xəsarətləri alan İmamverdi İsmayılovun həyatını qurtarmaq mümkün olmayıb

 

Mingəçevirdə üzərinə benzin tökərək özünü yandıran İmamverdi İsmayılov xəstəxanada vəfat edib.AYNA  APA-ya istinadən xəbr verir ki, intihara cəhd Mingəçevir Şəhər Xəstəxanasının həyətində baş verib. Belə ki, iyunun 28-də qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata - 1990-cı il təvəllüdlü İsmayılov İmamverdi Səxavət oğlu üzərinə benzin tökərək yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib. Lakin aldığı yanıq xəsarətləri onun ölümünə səbəb olub.

Müəllif: Ayna.az