Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Bundan başqa, FHN-in “qaynar xətt”inə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmasına dair məlumat daxil. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstəriblər.