Daha bir rayonda yanğın təlaşı

Hadisə

26.08.2019 - 17:54

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib

 

Ölkənin daha bir bölgəsində meşə yanğını başlayıb. Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bərdə rayonunun Cumalar kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, son günlər Respublikanın müxtəlif bölgələrində meşə və çöllük ərazilərdə yanğınlar meydana çıxıb.

Müəllif: Ayna.az