Qurban bayramında ölkədə 74 kəsim məntəqəsi quraşdırılacaq

Xəbərlər

29.07.2019 - 18:01

Respublika üzrə 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək

 

Qida Təhlükəsizliyi Agentliyi (QTA) bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadır tipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

 

Agentliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək. Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

 

Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları ilə bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Ayna.az